“Krasnodar”ın futbolçusu Azərbaycan yığmasına çağırıldı
01.10.2015 - 09:58
“Krasnodar”ın futbolçusu Azərbaycan yığmasına çağırıldı

Azərbaycan millisinin (U-19) heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Nazim Süleymanov oktyabrın 3-dən 5-dək Bakıda, oktyabrın 5-dən 19-dək Sloveniyada təlim məşq-toplanışında şans verəcəyi futbolçuları müəyyənləşdirib.

 

Təcrübəli mütəxəssis hazırlıqlara 25 oyunçu çağırıb. O, təlim-məşq toplanışlarında Sərtan Taşkın (“İnter”), Rəsul Babazadə (“Neftçi “), Elnur Orucov, Bəhlul Mustafazadə, Yusif Nəbiyev, Ayxan Əsədov, Emin Zamanov, Roman Hüseynov (hamısı “Qəbələ”), Əlibəy Məmmədli, Anar Həsənov, Elçin İsmayılov (hər üçü “Rəvan”), Xəyal Nəcəfov, Emil Həsənzadə (hər ikisi “Sumqayıt”), Mahir Mədətov, Eltun Turabov (hər ikisi “Qarabağ”), Renat Ağaverdiyev, Emil Əliyev, Yusif Cəfərov (hər üçü “Bakı”), Ağaseyid Qasımov, Fərid Kərimzadə (hər ikisi MOİK), İsmayıl İbrahimli (AZAL), Qara Qarayev ("Malaqa”, İspaniya), Kazım Birkan (“Stabek”, Norveç), Tolqa Şahin ("Kayserslautern”, Almaniya) və Elgün Uluxanovu (“Krasnodar”, Rusiya) yoxlayacaq.