“Neftçi” - “Xəzər Lənkəran” oyununun biletləri satışda
18.09.2015 - 12:03
“Neftçi” - “Xəzər Lənkəran” oyununun biletləri satışda

Topaz Premyer Liqasının V turu çərçivəsində keçiriləcək “Neftçi” - “Xəzər Lənkəran” matçının biletləri bu gün satışa çıxarılıb. Apasport.az-ın Bakı klubunun saytına istinadən məlumatına görə, biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündü.

 

Sentyabrın 20-də “Bakcell Arena”da keçiriləcək və saat 21:00-da başlanacaq oyun üçün biletlərin qiyməti 1 AZN, VİP yerlər üçün 10 AZN-di.

 

Qeyd edək ki, üzvlük kartlarının sahibləri üçün “Bakcell Arena”da ilk oyun olduğuna görə “Neftçi” onlara hədiyyə təşkil edib. “NeftçiKART” sahibləri bu oyunu VIP tribunadan, “NeftçiVIP” sahibləri isə “SkyBox”lardan izləyə biləcəklər.