“Neftçi” – “Koper” oyununa bilet satışı 6 minə çatdı
17.07.2014 - 13:41
Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək “Neftçi” – “Koper” oyununa bilet satışı 3-cü dəfə açıqlanıb. Apasport.az saytının məlumatına görə, artıq bu qarşılaşmaya təxminən 6 min bilet satılıb.
Qeyd edək ki, biletlər matçın keçiriləcəyi “Bakcell Arena”nın kassalarında satılır. Adi biletlərin qiyməti 1, VİP biletlərin qiyməti isə 10 manatdır. VİP bilet alan azarkeşlərə “Neftçi”nin azarkeş futbolkası və şərfi hədiyyə olunur.
0
0