Azərbaycan kubokunun qalibi üçün fransalı hakimlər
19.07.2014 - 15:04
Azərbaycan kubokunun qalibi üçün fransalı hakimlər

Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Koper” (Sloveniya) - “Neftçi” (Azərbaycan) matçının hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, iyulun 24-də baş tutacaq qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.

 

Matçın baş hakimi Benua Milyo olacaq. Ona həmyerliləri - Stefan Luzi, Siril Sent Krik Lompre və Sebastyan Moreyra kömək edəcək. Oyunun UEFA nümayəndəsi Tormod Larsen (Norveç), hakim-inspektoru Alfredo Trentalanqe (İtaliya) olacaq.

Qeyd edək ki, avrokuboklara Azərbaycan kubokunun qalibi kimi qatılan “Neftçi” yarışa birbaşa II təsnifat mərhələsindən başlayıb.