“Neftçi”də 5 ilk
19.07.2014 - 14:23
Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Koper”ə məğlub olan “Neftçi”nin heyətində 5 futbolçu ilkə imza atıb. Apasport.az saytının məlumatına görə, Araz Abdullayev avrokuboklarda özünün ilk qoluna sevinib.
Sloveniya təmsilçisi ilə görüşdə meydana çıxan Samir Məsimov, Ruslan Qurbanov, Məqsəd İsayev avrokuboklarda debüt edib. Karlos Kardoso isə Avropa Liqasında ilk matçına çıxıb.
Onun həmyerliləri isə yubiley qeyd edib. Bruno Bertuçi avrokuboklarda 15-ci, Kaue Sesilyoo 5 –ci oyununa çıxıb. Syerra-Leoneli Julius Vobay isə Avropa Liqasında 5-ci dəfə iştirak edib.
0
0