“Bakcell Arena”nın ot örtüyünün “Neftçi” – “Xəzər Lənkəran” matçına kimi hazır vəziyyətə gətirilməsi məqsədi ilə hər iki komanda oyun öncəsi son məşqini Bakı Olimpiya Stadionunda keçirəcək. Apasport.az saytının məlumatına görə, hazırlıq Olimpiya Stadionunun məşq meydançasında baş tutacaq.
Xatırladaq ki, “ağ-qaralar”ın baş məşqçisi Samir Əliyevin iştirakı ilə keçiriləcək brifinq saat 19:30-da başlayacaq.
"Neftçi"nin mətbuat nümayəndələri üçün açıq məşqi saat 20:00-da keçiriləcək.
***
Topaz Premyer Liqasının V turu çərçivəsində keçiriləcək “Neftçi” - “Xəzər Lənkəran” oyunundan bir gün öncə mətbuat konfransı və açıq məşq təşkil olunacaq. Apasport.az saytının məlumatına görə, mətbuat konrfansı saat 19:30-da “Bakcell Arena”nın mətbuat zalında başlanacaq.
Bundan yarım saat sonra, saat 20:00-da isə “ağ-qaralar”ın ilk 15 dəqiqəsi jurnalistlər üçün açıq olan məşqi baş tutacaq. (klub saytı)
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”