“Neftçi”nin futbolçularını cəzalandıran hakim yığmamızın son oyununda
09.10.2015 - 09:46
“Neftçi”nin futbolçularını cəzalandıran hakim yığmamızın son oyununda

Azərbaycan millisinin AVRO-2016-nın seçmə mərhələsində son oyununu idarə edəcək Tamaş Boqnar əvvəllər də təmsilçilərimizin oyununda fit çalıb. Apasport.az saytının məlumatına görə, oktyabrın 13-də Bolqarıstanla səfərdəki matça təyinat alan macarıstanlı referi ötən il Avropa Liqasında “Neftçi”nin “Çixura” ilə Gürcüstandakı qarşılaşmasında da ədaləti qorumuşdu.

 

Macarıstanlı Ernest Nforun het-triki ilə 3:2 hesablı qələbə qazanan “Neftçi”nin 5 futbolçusunu cəzalandırmışdı. Boqnar Kaue, Karlos Kardoso, Samir Məsimov, Elvin Yunuszadə və Bruno Bertuççiyə xəbərdarlıq edib.

 

37 yaşlı Boqnar Macarıstanın yüksək liqasında 2006-cı ildə debüt edib. 2007-ci ildən FİFA dərəcəsi alan hakim növbəti il UEFA-nın 2-ci kateqoriyasına yüksəlib.

 

O, həm də müştərilərlə iş üzrə menecer kimi fəaliyyət göstərir. 1995-ci ildə hakimlik imtahanı verməklə idarəçiliyə başlayan Boqnar işinə aşağı liqalarda start verib. 2011-ci ildə isə U-19-lar arasında Avropa çempionatının final mərhələsində iki qarşılaşma idarə edib.