“Neftçi”nin taleyi təcrübəsiz əllərdə
19.07.2014 - 16:50
“Neftçi”nin Avropa Liqasının II təsnifat mərhələsindəki cavab oyunu təcrübəsiz hakimə tapşırılıb. Apasport.az saytının məlumatına görə, Sloveniyada “Koper”lə keçiriləcək görüşün hakimi fransalı Benua Milyo 7 aydır FİFA referisidir.
32 yaşlı ədalət təmsilçisi beynəlxalq oyun təcrübəsi sarıdan korluq çəkir. İki ay əvvəl Mali və Qambiya milliləri arasında yoxlama oyunu onun ən böyük təcrübəsi sayılır. Çünki fransalı bunadək yalnız U-17-lərin beynəlxalq matçlarında baş hakim olub. Hesabında iki belə matç olan Benuanın ilk ciddi sınağı məhz “Neftçi”ilə görüşə təsadüf edəcək.
0
0