“Barselona” futbol klubunun keçmiş baş məşqçisi Yohan Kruiff növbəti dəfə komandanın oyunçusu Neymarla bağlı fikrini bildirib. Apasport.az saytının məlumatına görə, hollandiyalı mütəxəssis braziliyalı futbolçunu qurban sayır.
Kruiff hesab edir ki, Kataloniya klubunun rəhbərliyi və digər faktlar səbəbindən Braziliya yığmasının hücumçusu ağır günlər yaşayır: “Neymar klub rəhbərliyinin, atasının və ona görə ödənilən pulların girovudur. 21 yaşlı bu gənc oyunçu öz oyununu təkmilləşdirə bilər. Amma bunu əvəzində öz səhvləri və uğursuzluqlarının qurbanına çevrilib. Hazırda ona edilən hərəkətlər ədalətsizlikdir”.