“Platini Blatterdən ancaq oğurluq öyrənə bilər”
16.09.2015 - 21:27
“Platini Blatterdən ancaq oğurluq öyrənə bilər”

​​Dünya şöhrətli keçmiş futbolçu Dieqo Maradona yenə FİFA prezidenti Zepp Blatteri tənqid edib. Apasport.az saytının məlumatına görə, Maradona həm FİFA, həm də UEFA prezidentlərini oğruluqda günahlandırıb:

 

“Mən ona görə proseslərdən kənarda qalmışam ki, Blatter mənim üçün bütün qapıları bağlayıb. Mən onun kimi oğru deyiləm, o isə futbola çox zərər verib”.

 

Argentinalı keçmiş ulduz UEFA prezidenti Mişel Platinini də eyni səbəblərdən ittiham edib:

 

“İki nəfər başçı, ikisi də eynidi. Platini Blatterdən ancaq oğurluq öyrənə bilər. Əgər Şahzadə Abdullah FİFA prezidenti seçilsə, mən vitse-prezident olacam”.