“Qalatasaray”a qələbə üçün 45 dəqiqə bəs etdi - VİDEO
10.01.2016 - 00:04
“Qalatasaray”a qələbə üçün 45 dəqiqə bəs etdi - VİDEO

Türkiyə kuboku uğrunda oyunlar davam edir. Apasport.az saytının məlumatına görə, son çempion “Qalatasaray” E qrupu 3-cü matçında PTT 1-ci liqa klublarından “Karşıyaka” ilə qarşılaşıb.

 

“Aslan” gözlənildiyi kimi, asan qələbə ilə növbəti 3 xalı qazanıb.

 

“Sarı-qırmızılar”ın heyətində Sinan Gümüş, Bilal Kısa və yeni transfer Rayan Donk fərqlənib.