Massimiliano Alleqrinin “Yuventus”a baş məşqçi təyin edilməsindən sonra komandadan ayrılmaq istəyən Andrea Pirlo “Qalatasaray”dan təklif alıb. Apasport.az saytının məlumatına görə, İstanbul klubunun baş məşqçisi Çezare Prandelli yaranan vəziyyətdən istifadə edərək, veteran futbolçunu kluba gətirmək istəyir.
Amma italiyalı mütəxəssisin bu həmləsi hələlik uğurlu olmayıb. Pirlo “Yuventus”u tərk etmək istəsə də, klubun rəhbərliyi onu buraxmaq niyyətində deyil. Çünki “Yuventus” Pol Poqbanı və Artur Vidalı satmaq istəyir. Belə bir vəziyyətdə, komandanı ardınca apara biləcək Pirlonun da komandadan getməsi “Yuventus” üçün çox acı nəticələrə gətirib çıxara bilər.