“Qarabağ” və “Roma”
08.04.2014 - 17:02
“Qarabağ” və “Roma”

Dünyanın müxtəlif liqalarında mübarizə aparan klubların davam etməkdə olan qələbə seriyalarının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, planetin ən  uzun itkisiz seriyası “Srvena Zvezda”ya məxsusdur. 

 

Belqrad təmsilçisi Serbiya çempionatında 12 matçdır xal itirmir.

 

2-ci pillənin isə 3 sahibi var. İngiltərədə “Liverpul”, Portuqaliyada “Benfika”, Slovakiyada “Slovan” ardıcıl 9 qələbə qazanıb. Fransa PSJ-si isə 5-ci yerdədir. Parislilər 8 qələbədən ibarət seriyaya malikdir.

 

Hesabında ardıcıl 7 qələbə olan 3 komanda isə 6-8-ci yerlərə şərikdir. Bunlar BƏƏ-də “Əl-Əhli”, Türkiyənin aşağı dəstəsində “İstanbul BŞB”, Latviyada “Ventspils”dir.

 

Son 6 qarşılaşmasında xal itkisi yaşamayan komandaların da sayı az deyil. Onlar 9-cu yerə şərik olanlardır. Bunlardan biri isə Topaz Premyer Liqasında xal itkisini unudan “Qarabağ”dır. Çempionatımızın liderinin şərikləri arasında İtaliya “Roma”sı da var.