Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın transfer hədəfində olan Eldin Adiloviçin Almaniyanın “Kayzerslautern” klubuna keçidi baş tutmayıb. Apasport.az saytının məlumatına görə, futbolçunun məxsus olduğu “Samsunspor” 2-ci Bundesliqa klubuna rədd cavabı verib.
“Samsunspor”un “Kayzerslautern”ə cavabı belə olub: “Hazırda konqresimiz var. Konqres ərəfəsində transfer danışıqları aparmağımız doğru olmaz”.
Qeyd edək ki, Türkiyənin I dəstə klubu olan “Samsunspor”da İdarə Heyətinin Konqresi sabah keçiriləcək. Kim bilir, bəlkə də bundan sonra “Qarabağ”ın “Muğan”ın sabiq hücumçusu, ötən mövsüm 17 qol vurmuş Adiloviçə olan istəyi reallaşar.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA