“Qəbələ” – “Torino” oyununun vaxtı müəyyənləşdi
08.04.2014 - 13:19
“Qəbələ” – “Torino” oyununun vaxtı müəyyənləşdi

1999-cü il təvəllüdlü futbolçulardan ibarət komandalar arasında Stefano Qusellanın xatirəsinə həsr olunan turnirin püşkatması keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı təmsil edəcək “Qəbələ”nin 15 yaşadək futbolçularından ibarət komandasının rəqibləri və oyunlarının təqvimi də müəyyənləşib.

 

Aprelin 18-dən 21-dək İtaliyada keçiriləcək turnirdə iştirak edəcək 48 komanda püşkdə 12 qrupa bölünüb. “Qəbələ” R qrupunda yerli komandalar “Torino”, “Valle daosta” və “Arenzano” ilə mübarizə aparacaq.

 

Azərbaycan təmsilçisi Turindəki ilk oyununu aprelin 18-də Bakı vaxtı ilə saat 14:00-da “Valle daosta”ya qarşı keçirəcək. Həmin gün 19:30-da “Arenzano”nu sınağa çəkəcək “Qəbələ” ertəsi gün 16:00-da “Torino” ilə üz-üzə gələcək. Komandanın digər matçları isə qrupda tutacağı yerdən asılı olacaq.