“Qəbələ” Ebesilionu itirdi
09.04.2014 - 09:26
“Qəbələ” Ebesilionu itirdi

“Qəbələ” AZAL-la oyun öncəsi ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” komandada dağıdıcı funksiyanı yerinə yetirən Lorentso Ebesilionun xidmətindən məhrum olub.

 

Hollandiyalı mərkəz yarımmüdafiəçisi Topaz Premyer Liqasının XXIX turunun “Xəzər Lənkəran”la oyununda (0:1) sürüşmə fəndindən düzgün istifadə etmədiyi üçün rəqib futbolçunu yıxmalı olmuşdu. Bunun nəticəsində baş hakim Rauf Cabbarov 14-cü dəqiqədə onu sarı vərəqə ilə cəzalandırmışdı. Bu isə onun mövsüm ərzində aldığı 8-ci vərəqə idi.

 

Qeyd edək ki, “Qəbələ” – AZAL oyunu aprelin 12-də keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşma saat 15:00-da başlayacaq.