“Qəbələ”nin futbolçusu İngiltərə yığmasına qarşı 90 dəqiqə oynadı
10.10.2015 - 13:22
“Qəbələ”nin futbolçusu İngiltərə yığmasına qarşı 90 dəqiqə oynadı

“Qəbələ”nin yarımmüdafiəçisi Sergey Zenyov Estoniya millisinin heyətində növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, futbolçu Avro-2016-nın seçmə mərhələsi çərçivəsində İngiltərəyə qarşı matçda iştirak edib.

 

“Uembli” stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Teo Uolkott (45) və Rahim Sterlinqin (85) fərqləndiyi görüşdə Zenyov 90 dəqiqə mübarizə aparıb.

 

Qeyd edək ki, Estoniya millisi E qrupunda son tur öncəsi 10 xalla 4-cü pillədə qərarlaşır.