“Qəbələ”nin rəqibi yoxlama oyunu ilə bağlı qərarını verdi
07.10.2015 - 17:47
Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqibi olan Rusiyanın “Krasnodar” klubunun hazırlıq planı açıqlanıb. Apasport.az saytının məlumatına görə, şimallılar milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən maksimum yararlanmaq iddiasındadı.
Yalnız iki futbolçusu – Pavel Mamayevlə Fyodor Smolovu yığmaya göndərən krasnodarlılar heyətin digər üzvləri ilə hazırlıqlarını tam şəkildə davam etdirəcək. Lakin baş məşqçi Oleq Kononov yoxlama matçı keçirilməsindən imtina edib. Belə qarşılaşmanı zəruri hesab etməyən çalışdırıcı avrokubok və daxili yarışlara məşqlərlə hazırlaşmağa üstünlük verib.
Qeyd edək ki, “Krasnodar” 2 turdan sonra hesabındakı 3 xalla Avropa Liqasının C qrupunda 2-ci pillədə qərarlaşıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0