“Qəbələ”nin rəqibində Roys problemi
16.09.2015 - 11:50
Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqiblərindən olan Dortmund “Borussiya”sı ilk oyununu “Krasnodar”a qarşı keçirəcək. Apasport.az saytı xəbər verir ki, almanlar bu görüşə itki ilə çıxacaqlar.
Belə ki, “Borussiya”nın aparıcı üzvü Marko Roys ruslarla matçı buraxacaq. Ayaq barmağı qırılan 26 yaşlı futbolçunu həkimlər hazır vəziyyətə gətirə bilməyiblər.
Qeyd edək ki, Roysun barmağı Bundesliqanın III turunda “Herta” ilə matçda qırılmışdı.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0