“Qəbələ”nin rəqibində yubiley
21.09.2015 - 13:18
“Qəbələ”nin rəqibində yubiley

Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqiblərindən olan Dortmund “Borussiya”sının müdafiəçisi Mats Hummels üçün “Bayer”lə çempionat oyunu əlamətdar olub. Apasport.az saytı xəbər verir ki, 26 yaşlı futbolçu dortmundluların heyətində Bundesliqada yubiley oyununa - 200-cü matçına çıxıb.

 

Hummels “Borussiya”nın heyətində Almaniya çempionatında ilk görüşünü isə 2008-ci ildə keçirib. “Bavariya”nın yetirməsi olan futbolçu məhz həmin ildən hazırkı komandasında forma geyinir.  

 

Qeyd edək ki, “Borussiya” Avroliqanın qrup mərhələsi çərçivəsində “Qəbələ” ilə ilk görüşünü oktyabrın 22-də Bakıda keçirəcək.