“Qəbələ”nin yeni transferi: Yaxşı başlanğıc çox vacibdir
18.07.2014 - 17:09
“Qəbələ”nin yeni transferi: Yaxşı başlanğıc çox vacibdir

"Hollandiyada ilk oyunumuzu keçirdik. Bu mənim üçün "Qəbələ"nin heyətində ilk oyunum kimi əlamətdar oldu. Komandamızda yeni futbolçular çoxdur. Meydançada bir-birimizi anlamağa, uyğunlaşmağa çalışırıq”. Apasport.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin yeni transferi Pavol Farkaş deyib.

 

Hollandiyada təlim-məşq toplanışından olan “qırmızı-qaralar”ın üzvü yeni komandası ilə meydana çıxdığı ilk oyundan danışıb. Slovakiyalı müdafiəçi “Arnem” – “Qəbələ” (0:4) oyunu haqqında və hazırlıq prosesi barədə fikirlərini bildirib: “Toplanış çərçivəsində daha 3 oyunumuz var. Bu oyunlarda problemlərimizi görəcəyik və onları Premyer Liqanın startına kimi aradan qaldırmağa çalışacağıq. Hazırlıq prosesinin sonunadək komplektləşmiş komanda olacağıq. Məşqlərimiz çox ciddi və maraqlı keçir. Hamı həvəslidir. Çempionata yaxşı başlamaq istəyirik. Çünki yaxşı başlanğıc gözəl nəticələrin davam etməsi üçün çox vacibdir. İnanıram ki, komanda olaraq bizdən gözlənənləri verə biləcəyik".