“Real” üçün bəd xəbər
17.09.2015 - 15:48
“Real” üçün bəd xəbər

Madrid “Real”ının futbolçusu Qaret Beylin vəziyyətinə aydınlıq gəlib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, zədələnən uelsli yarımmüdafiəçi təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Diz əzələsindən xəsarət alan Beylin zədəsi ciddidi. Həkimlər onun 4 həftədən sonra sınaya dönəcəyini bildiriblər.

 

Qeyd edək ki, Çempionlar Liqasında “Şaxtyor”la matçda zədələnən Beyl oyunun 32-ci dəqiqəsində əvəzlənmişdi.