“Qarabağ”la aramızda fərq ondan ibarətdi ki, biz cəmi 3 həftədi bir yerdəyik. Rəqibimiz isə təxminən iki ildi eyni heyətlə çıxış edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Lüksemburqun “Düdelanj” klubunun baş məşqçisi Dino Topmöller deyib.
Almaniyalı mütəxəssis Çempionlar Liqasının II təsnifat mərhələsinin bu gün keçiriləcək “Qarabağ”la oyunu haqda fikirlərini açıqlayıb: “Səfərdə keçirdiyimiz ilk oyunun ikinci hissəsində meydanda yaxşı komanda gördük. Bunun nəticəsində yetirmələrimdən razı qaldım. Ümid edirəm ki, bu dəfə daha yaxşı oyun nümayiş etdirəcəyik. Hücum xəttində ciddi dəyişiklik etməyəcəm. Start heyətində ümumilikdə 1, ya da 2 dəyişikliyin olması mümkündü. Qələbəmizə inanmalıyıq. Bu üzdən ən yaxşı oyunumuzu sərgiləməliyik. Bu matçın əvvəlində yaxşı oynamalıyıq. Erkən qol işimizə yaraya bilər. Bunun üçün taktiki cəhətdən rəqibi aldatmağa çalışmalıyıq”.
Qeyd edək ki, “Düdelanj” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.