“Sampdoriya” Eto’O ilə maraqlanır
20.07.2014 - 15:23
“Sampdoriya” Eto’O ilə maraqlanır

 

Kamerun millisinin hücumçusu Samuel Eto’O İtaliyanın “Sampdoriya” klubuna keçə bilər. Apasport.az saytının məlumatına görə, Genuya klubu “Çelsi”ni azad agent qismində tərk edən futbolçuya müqavilə təklif etmək niyyətindədir.

 

Bundan əvvəl “Sampdoriya”nın Aleşandre Patonu A seriyasına qaytarmaq istədiyi iddia edilirdi. Amma klubun prezidenti Masimo Ferrare futbolçunun çıxış etdiyi “San-Paulu” klubu ilə danışıqlar aparıldığı barədə məlumatı təkzib edib.

 

Qeyd edək ki, “Sampdoriya”dan əlavə “Tottenhem”, “Fiorentina” və “KPR” də Eto’O ilə maraqlanır.