“Sumqayıt” İranın gümüş mükafatçısına uduzdu
17.07.2014 - 15:15
“Sumqayıt” İranın gümüş mükafatçısına uduzdu

Türkiyədə hazırlıq keçən “Sumqayıt” ilk yoxlama oyununu keçirib. Apasport.az saytının xəbərinə görə, “kimyaçılar” İranın “Persepolis” klubu ilə gücünü sınayıb.

 

Bakı vaxtı ilə saat 13:00-da başlayan görüşdə fasiləyə üstün yollanan tərəf “Sumqayıt” olsa da, Tehran klubu əzmkar qələbə qazanmağı bacarıb. Belə ki, İranın gümüş mükafatçısı Aqil Məmmədovun yetirmələrini 3:2 hesabı ilə məğlub edib. “Sumqayıt”dan qolları Tofiq Mikayılov və Məhəmməd Qurbanov vurub.

 

Qeyd edək ki, “Sumqayıt” növbəti yoxlama oyununu Özbəkistan çempionu “Bunyodkor”a qarşı keçirəcək. Bu qarşılaşma iyulun 20-də baş tutacaq.