“Traktorsazi”nin futbolçusu həlak oldu
10.04.2014 - 15:45
“Traktorsazi”nin futbolçusu həlak oldu

“Traktorsazi” klubunun gənc futbolçusu həlak olub. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Təbriz təmsilçisinin rəsmi veb səhifəsi açıqlama yayıb. Bildirilir ki, “Traktorsazi” futbol akademiyasının gənc yetirməsi Əli Əzizi keçirdiyi avtomobil qəzasında dünyasını dəyişib.