[b]“Xəzər Lənkəran” “Arsenal”la qarşılaşacaq[/b]
19.07.2014 - 10:03
[b]“Xəzər Lənkəran” “Arsenal”la qarşılaşacaq[/b]

Sloveniyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran”ın yoxlama oyunlarındakı daha bir rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” Rusiyanın “Arsenal” klubu ilə görüşəcək.

 

Bunu Tula təmsilçisinin rəsmi saytı açıqlayıb. Tanınmış rusiyalı futbolçu Dmitri Aleniçevin baş məşqçisi olduğu komanda “Xəzər Lənkəran”la iyulun 27-də üz-üzə gələcək.

 

Qeyd edək ki, ötən mövsüm Rusiyanın I divizionunda 2-ci olan “Arsenal” bu il Premyer Liqaya yüksəlib.