“Xəzər Lənkəran” hansı ölkəyə yollanır?
10.04.2014 - 13:57
“Xəzər Lənkəran” hansı ölkəyə yollanır?

Topaz Premyer Liqasının başa çatmasına 7 tur qalsa da, bəzi klubların yayda hansı ölkədə hazırlıq keçəcəyinə qismən aydınlıq gəlir. Apasport.az saytı xəbər verir ki, “Xəzər Lənkəran” təlim-məşq toplanışını Avstriyanın Zalsburq şəhəri yaxınlığında keçirəcək.

 

“Ağ-yaşıllar”ın toplanışa nə vaxt gedəcəyi avrokuboklara vəsiqə qazanıb-qazanılmamağından asılı olacaq. Əgər cənub təmsilçisi qitə miqyaslı turnirlərə qatılsa, Avstriyaya daha tez yollanacaq. Əks təqdirdə isə Mustafa Dənizlinin komandası daha çox istirahət edəcək.