“Xəzər Lənkəran”a yeni məşqçi gəldi - FOTO
17.07.2014 - 15:22
“Xəzər Lənkəran” U-19 komandaya göndərilən qapıçılar üzrə məşqçi Hafiz Əliyevin yerini türkiyəli mütəxəssislə doldurub. Apasport.az xəbər verir ki, baş məşqçi Oğuz Çətinin bu posta “Sivasspor”dan gətirmək istədiyi Murat Göksunun keçidi artıq həll olunub.
Türkiyəli məşqçi artıq “ağ-yaşıllar”ın Sloveniyadakı düşərgəsinə qoşulub. O, bugünkü məşqdə iştirak edəcək.
Qeyd edək ki, “Bucaspor”, “Elazığspor” və “Əskişəhərspor” kimi klublarda işləmiş Murat Göksu məşqçilik karyerasının çoxunu “Sivasspor”da keçirib. O, ötən mövsüm Roberto Karlosun köməkçisi olub.
0
0