[b]“Xəzər Lənkəran”ın daha bir rəqibi bəlli oldu[/b]
20.07.2014 - 16:57
[b]“Xəzər Lənkəran”ın daha bir rəqibi bəlli oldu[/b]

Sloveniyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran”ın yoxlama matçında qarşılaşacağı üçüncü rəqibi bəlli olub. Apasport.az saytının xəbərinə görə, “ağ-yaşıllar” bu dəfə Serbiya təmsilçisi “Rad”la qarşılaşacaq. Oyun iyulun 22-də baş tutacaq.

 

Serbiya çempionatının 16 komanda arasında 14-cü yerdə başa vuran “Rad” 30 oyundan 29 xal toplayıb. “Xəzər Lənkəran” kimi hazırda Sloveniyada toplanışda olan Belqrad təmsilçisi dünən “Arsenal”la (Tula) yoxlama matçında 1:1 hesablı bərabərliyə qalıb.

 

Xatırladaq ki, cənub təmsilçisi bunadək keçirdiyi sınaq matçlarında “Karpatı”nı (Ukrayna) 2:1, “Yurmala”nı (Latviya) isə 3:1 hesabı ilə məğlub edib.

0