“Yüksək səviyyədə futbol oynamağı öyrənməliyik”
14.10.2015 - 09:00
“Yüksək səviyyədə futbol oynamağı öyrənməliyik”

“Həqiqətən də bu qələbə bizim üçün nüfuz baxımından vacib idi. Çox yaxşı oldu ki, qalib gəldik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstan millisinin futbolçusu Georgi Milanov deyib.

 

23 yaşlı yarımmüdafiəçi AVRO-2016-nın seçmə mərhələsinin Azərbaycanla qarşılaşmasındakı 2:0 hesablı qələbəyə şərh verib: “Dünya səviyyəli komanda deyilik. Bu üzdən də bizim üçün istənilən qələbə sevindirici olmalıdı. Biz yüksək səviyyədə futbol oynamağı öyrənməliyik. Yoxsa ki, ciddi nə isə gözləməyə dəyməz. Bu, reallıqdı. Əgər hər qarşılaşmanı yüksək səviyyədə keçirməsək, bizim qarşılaşmalar yaxşı və pislərə bölünəcək. Böyük komandalar isə belə olmur. İtaliya nümunəsinə baxın. Onlar bütün qarşılaşmalarda asanlıqla qalib gəlir”.

0