“Yuventus” “Real”ın ən sürətli qol vuran oyunçunu alır
20.07.2014 - 17:25
“Yuventus” “Real”ın ən sürətli qol vuran oyunçunu alır

 

“Yuventus” klubu “Real Madrid”in hücumçusu Alvaro Moratanı almaq üzrədir. Apasport.az saytının məlumatına görə, klubun sosial şəbəkədəki səhifəsində futbolçunun tibbi müayinədən keçmək üçün Turinə gəldiyi və müqavilə imzalayacağı bildirilir.

 

Kral klubu Moratoya görə 18 milyon avro istəyir. “Marca” yazır ki, futbolçu “qoca sinyora”nın yeni baş məşqçisi Massimiliano Alleqri ilə məsləhətləşmədən sonra transferə razılaşıb.

 

Alvaro Morato ötən mövsüm qol vurmaq sürətinə görə “Real”ın ən yaxşı oyunçusu olub. O, meydanda keçirdiyi 558 dəqiqə ərzində 8 qol vurub. Bu, orta hesabla hər qol üçün 70 dəqiqə vaxt laxım olduğu deməkdir. Müqayisə üçün qeyd edək ki, Kriştiano Ronaldoya hər qol üçün 82 dəqiqə, Lionel Messiyə isə 89 dəqiqə vaxt lazım olub.