“Barselona”nın futbolçusu Usman Dembele yenə zədələnib. Apasport.az saytının məlumatına görə, gənc futbolçu La Liqanın XIX turunda “Real Sosyedad”la oyunda (4:2) zədələnib.
“Marka” nəşri iddia edir ki, baldırından zədə alan fransalı futbolçu ən azı 3-4 həftə yaşıl meydandan kənarda qalacaq.
Qeyd edək ki, yayda 105 milyon avro qarşılığında Dortmund “Borussiya”sından transfer olunan hücumçu ötən ilin sentyabrında, La Liqanın “Xetafe” ilə səfər oyununda (2:1) zədələnmişdi. Bundan sonra uzun müddət kənarda qalan Dembele, yalnız bu il, “Selta” ilə kubok oyununda yaşıl meydanlara qayıtmışdı.