[b]1 güllə ilə 3 dovşan, yaxud Azərbaycan millisi üçün 48 variant[/b]
19.01.2018 - 13:34
[b]1 güllə ilə 3 dovşan, yaxud Azərbaycan millisi üçün 48 variant[/b]

Yanvarım 24-də bütün Avropanın diqqəti Millətlər Liqasının püşkatmasına yönələcək. Apasport.az saytı xəbər verir, UEFA-ya üzv 55 ölkə ilk dəfə təşkil olunacaq yarışda rəqiblərini tanıyacaq.

 

Gücünə görə 4 liqaya bölünən komandalar püşkatmada qruplara ayrılacaq. Avropanın ən zəif 16 komandasından biri olan Azərbaycan millisi sonuncu liqada mübarizə aparacaq.

 

Yığmamız D liqasında “1 güllə ilə 3 dovşan vurmağa” çalışacaq. Belə ki, öz qrupunda 1-ci yer tutması komandamıza 3 üstünlük verəcək. Bunlardan birincisi sırf idman prinsiplərinə uyğun şəkildə gerçəkləşəcək. Yığmamız Millətlər Liqasının növbəti turnirində C liqasında oynamaq hüququ qazanacaq.

 

İkincisi, UEFA-nın yeniliyi sayəsində mümkün olacaq. Komandamız qrup qaliblərinin qatılacağı pley-offa yüksələ, ordan da AVRO-2020-nin final mərhələsinə vəsiqə əldə edə bilər.

 

Üçüncüsü isə AVRO-2020-nin seçmə mərhələsinin püşkatması ilə bağlıdı. Belə ki, yarışın səbətləri Millətlər Liqasının nəticələrinə əsasən müəyyənləşəcək. Millimiz 4-6-cı səbətlərdən hansına düşəcəyini nəticələri ilə rəsmiləşdirəcək.

 

Lakin bütün bunlara gedən yol püşkatmadan başlayır. Yanvarın 24-dəki püşk 1-ci səbətdə yer alan yığmamıza münasib qrup bəxş etməlidi. 2-ci səbətdə qərarlaşan Ermənistanla qrupda görüşə bilmədiyimizdən burdan 3 komanda – Latviya, Farer adaları və Lüksemburqla görüşməyimiz mümkündü. Əslində, ən vacib rəqib məhz bu səbətdəndi. Digər iki səbətdə isə yalnız Qazaxıstan və Moldovadan ehtiyatlanmaq olar.

Ümumilikdə isə ilk baxışdan yığmamız püşkdə 48 müxtəlif qrupa düşə bilər. Amma bunlardan 4-ü UEFA-nın bu yarışdan etibarən tətbiq edəcəyi qərarına əsasən mümkün olmayacaq. Andorra/Qazaxıstan, Farer adaları/Qazaxıstan, Cəbəllütariq/Qazaxıstan, Cəbəllütariq/Azərbaycan cütlərində məsafənin böyük olması da nəzərə alınıb. Hər qrupda bu cütlərdən yalnız biri ola bilər. Məhz bu səbəbdən 4 variantda tərkibə UEFA icazə verməyəcək. Apasport.az püşkün bizim üçün bütün variantlarını təqdim edir:

 

1: Azərbaycan, Latviya, Qazaxıstan, Andorra

2: Azərbaycan, Latviya, Qazaxıstan, Kosovo

3: Azərbaycan, Latviya, Qazaxıstan, San Marino

4: Azərbaycan, Latviya, Qazaxıstan, Cəbəllütariq

5: Azərbaycan, Latviya, Moldova, Andorra

6: Azərbaycan, Latviya, Moldova, Kosovo

7: Azərbaycan, Latviya, Moldova, San Marino

8: Azərbaycan, Latviya, Moldova, Cəbəllütariq

9: Azərbaycan, Latviya, Lixtenşteyn, Andorra

10: Azərbaycan, Latviya, Lixtenşteyn, Kosovo

11: Azərbaycan, Latviya, Lixtenşteyn, San Marino

12: Azərbaycan, Latviya, Lixtenşteyn, Cəbəllütariq

13: Azərbaycan, Latviya, Malta, Andorra

14: Azərbaycan, Latviya, Malta, Kosovo

15: Azərbaycan, Latviya, Malta, San Marino

16: Azərbaycan, Latviya, Malta, Cəbəllütariq

17: Azərbaycan, Farer adaları, Qazaxıstan, Andorra

18: Azərbaycan, Farer adaları, Qazaxıstan, Kosovo

19: Azərbaycan, Farer adaları, Qazaxıstan, San Marino

20: Azərbaycan, Farer adaları, Qazaxıstan, Cəbəllütariq

21: Azərbaycan, Farer adaları, Moldova, Andorra

22: Azərbaycan, Farer adaları, Moldova, Kosovo

23: Azərbaycan, Farer adaları, Moldova, San Marino

24: Azərbaycan, Farer adaları, Moldova, Cəbəllütariq

25: Azərbaycan, Farer adaları, Lixtenşteyn, Andorra

26: Azərbaycan, Farer adaları, Lixtenşteyn, Kosovo

27: Azərbaycan, Farer adaları, Lixtenşteyn, San Marino

28: Azərbaycan, Farer adaları, Lixtenşteyn, Cəbəllütariq

29: Azərbaycan, Farer adaları, Malta, Andorra

30: Azərbaycan, Farer adaları, Malta, Kosovo

31: Azərbaycan, Farer adaları, Malta, San Marino

32: Azərbaycan, Farer adaları, Malta, Cəbəllütariq

33: Azərbaycan, Lüksemburq, Qazaxıstan, Andorra

34: Azərbaycan, Lüksemburq, Qazaxıstan, Kosovo

35: Azərbaycan, Lüksemburq, Qazaxıstan, San Marino

36: Azərbaycan, Lüksemburq, Qazaxıstan, Cəbəllütariq

37: Azərbaycan, Lüksemburq, Moldova, Andorra

38: Azərbaycan, Lüksemburq, Moldova, Kosovo

39: Azərbaycan, Lüksemburq, Moldova, San Marino

40: Azərbaycan, Lüksemburq, Moldova, Cəbəllütariq

41: Azərbaycan, Lüksemburq, Lixtenşteyn, Andorra

42: Azərbaycan, Lüksemburq, Lixtenşteyn, Kosovo

43: Azərbaycan, Lüksemburq, Lixtenşteyn, San Marino

44: Azərbaycan, Lüksemburq, Lixtenşteyn, Cəbəllütariq

45: Azərbaycan, Lüksemburq, Malta, Andorra

46: Azərbaycan, Lüksemburq, Malta, Kosovo

47: Azərbaycan, Lüksemburq, Malta, San Marino

48: Azərbaycan, Lüksemburq, Malta, Cəbəllütariq

 

Qeyd: UEFA qara şriftlə göstərilən qrupların bu tərkibdə olmasına icazə verməyib.

 

0