“Mançester Yunayted” yeni rekorda imza atıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, bu dəfə meydandakı nəticəsinə görə yox, maddi gəlirlərinə görə.
Belə ki, “qırmızı şeytanlar” 2015-16 mövsümünün yekununa əsasən, gəlirlərinin 515,3 milyon funt-sterlinq olduğunu açıqlayıb. Bununla Mançester təmsilçisi illik gəliri 500 milyonu ötən ilk İngiltərə klubu olub. Komandanın 12-ci dəfə ölkə kubokunu qazanaraq rekord qırması, teleyayım hüquqlarının satışı və sponsorlarının sayının 14-ə çatması da bu rekordda böyük rol oynayıb.
Hazırkı məqamda “Mançester Yunayted” illik gəlirinə görə dünyada yalnız “Barselona”dan geri qalır. Çünki Kataloniya klubunun ötən mövsümdə qazancı 570 milyon funt-sterlinq olub.
Qeyd edək ki, “Mançester Yunayted”in 2015-ci ildəki gəliri 395,2 milyon funt-sterlinq təşkil edib.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı