Avropa Liqasının qrup mərhələsində mübarizə aparan “Qarabağ” II turun ev oyununda Belçikanın “Anderlext” klubunu 1:0 hesabı ilə məğlub edib. Apasport.az saytının məlumatına görə, bu qələbə ilk və yubileylə əlamətdar olub.
Belə ki, ağdamlıların uğuru Azərbaycan klublarının avrokuboklarda 65-ci qələbəsidi. 1994-cü ildə debüt etdiyimiz turnirlərdəki 239-cu qarşılaşmada 65-ə çatmaq mümkün olub.
Bu qələbələrin 42-si Avropa Liqası, 14-ü Çempionlar Liqası, 9-u İntertoto kubokunda qeydə alınıb. Bu qələbələrdən 24-ü “Qarabağ”ın hesabındadı.
Bu, təmsilçilərimizin avrokubokların əsas mərhələlərində 2-ci qələbəsidi. İlk uğur ötən mövsüm qeydə alınıb. Həmin qələbənin də müəllifi olan “Qarabağ” “Dnepr”lə Ukraynadakı qarşılaşmada 3 xal qazanmışdı – 1:0.
“Anderlext”lə oyunda həm özünün, həm ölkəmizin 2-ci zəfərini rəsmiləşdirən Qurban Qurbanovun yetirmələri ilk ev qələbəsini bayram edib.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı