[b]8 klub, 5 qələbə və ya Antalya çempionu “Kəpəz”[/b]
05.02.2018 - 11:23
[b]8 klub, 5 qələbə və ya Antalya çempionu “Kəpəz”[/b]

Azərbaycan Premyer Liqasında çıxış edən 8 klubun hamısı qış fasiləsində təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirib. Apasport.az saytının məlumatına görə, komandalarımız bu müddətdə 35 yoxlama oyununda qüvvəsini sınayıblar.

 

Əvvəlki illərlə müqayisədə bu dəfə təmsilçilərimizin nəticələri çox bərbad alınıb. Düzdü, yoxlama oyunlarında nəticə önəmli deyil. Amma heç bir komanda da meydana uduzmaq üçün çıxmır.

 

Klublarımız isə keçirdiyi 35 oyunun yarıdan çoxunda – 18 dəfə məğlub olub. Ən bərbad çıxış edən “Neftçi” keçirdiyi 5 oyunun hamısında uduzub. Antalyada cəmi 1 qol vuran bakılılar son 4 matçda rəqib qapısına yol tapa bilməyib. “Ağ-qaralar” Rusiyanın  “OİK Xabarovsk” komandasına 1:8 hesabı ilə uduzmaqla da diqqət çəkib.

 

“Neftçi” kimi daha 3 komanda – “Qarabağ”, “Sumqayıt” və “Səbail” də qonşu ölkədə qələbə nə olduğunu görməyib. Sumqayıtlılar 4 matçdan üçündə uduzubsa, digər iki komanda sülhsevərliyi ilə seçilib. “Qarabağ” 6 oyundan dördündə, “Səbail” 4 görüşdən üçündə bərabərliyə imza atıb.

 

8 komandamızdan yarısı – 4-ü Antalyada qalib gəlməyi bacarıb. Onlardan üçü yalnız 1 uğurla təsəlli tapıb. “Zirə”ylə “Keşlə” 3, “Qəbələ” 6 oyunda 1 dəfə sevinib.

 

Antalyada ən yaxşı nəticələrə imza atan təmsilçimiz “Kəpəz”di. Gəncə klubu Premyer Liqada autsayder olsa da, Türkiyədə hamıdan çox – 2 qələbə qazanıb. Düzdü, qərblilərin də hesabında 1:8 hesablı “Yagelloniya” məğlubiyyəti var. Amma “Kəpəz” orta göstəricidə bütün təmsilçilərimizi arxada qoyub.

 

Ümumilikdə isə 5 qələbə, 12 heç-heçə və 18 məğlubiyyəti olan Premyer Liqa klubları 30 qol vurub, öz qapısından 65-ni buraxıb.

 

Qeyd edək ki, ölkə xaricinə təkcə Premyer Liqa klubları yollanmayıb. I divizion təmsilçisi “Xəzər” Antalyada, əvəzedicilərin çempionatının lideri “Qəbələ” Gürcüstanda yoxlama matçlarında qüvvəsini sınayıb.

 

Azərbaycan Premyer Liqasının klubları Antalya toplanışındakı oyunları

“Qarabağ”: “Kuban” (Rusiya) 2:2, “Lexiya” (Polşa) 1:1, “Şkupi” (Makedoniya) 0:0, “Mariupol” (Ukrayna) 2:3, “Sarayevo” (Bosniya və Herseqovina) 0:2, “Mladost” (Monteneqro) 1:1

“Qəbələ”: “Akhisar Bələdiyyəspor” (Türkiyə) 1:1, “Sürix” (İsveçrə) 0:1, “Rabotniçki” (Makedoniya) 2:1, “Arsenal” (Rusiya) 3:3, “Bohemians” (Çexiya) 1:3, “Şkendiya” (Makedoniya) 0:2

“Zirə”: “Volentaru” (Rumıniya) 2:0, “Avanqard” (Rusiya) 0:3, “Haladaş” (Macarıstan) 1:2

“Sumqayıt”: “Konkordiya” (Rumıniya) 0:1, “Akademiya Pandev” (Makedoniya) 1:1, “Anji” (Rusiya) 0:1, “Mladost” (Serbiya) 0:4

“Neftçi”: “OİK Xabarovsk” (Rusiya) 1:8, “Konkordiya” (Rumıniya) 0:1, “Slaviya” (Bolqarıstan) 0:1, “Krılya Sovetov” (Rusiya) 0:2, “Sileks” (Makedoniya) 0:3

“Səbail”: “Çernomorets” (Ukrayna) 0:0, “Napredak” (Serbiya) 1:1, “Lokomotiv” (Plovdiv, Bolqarıstan) 1:3, “Senitsa” (Slovakiya) 2:2

“Keşlə”: “Rabotnoçki” (Makedoniya) 1:0, “Karpatı” (Ukrayna) 1:2, “Yenisey” (Rusiya) 1:1

“Kəpəz”: “Vitorul” (Rumıniya) 1:1, “Daejeon Sitizen” (Cənubi Koreya) 1:0, “Yagelloniya” (Polşa) 1:8, “Spartak” (Subotitsa, Serbiya) 2:0

 

yer

komanda

O

Q

H

M

T/F

X

orta xal

1

Kəpəz

4

2

1

1

5-9

7

1,75

2

Keşlə

3

1

1

1

3-3

4

1,33

3

Zirə

3

1

0

2

3-5

3

1,00

4

Qəbələ

6

1

2

3

7-11

5

0,83

5

Səbail

4

0

3

1

4-6

3

0,75

6

Qarabağ

6

0

4

2

6-9

4

0,67

7

Sumqayıt

4

0

1

3

1-7

1

0,25

8

Neftçi

5

0

0

5

1-15

0

0,00

 

Cəmi

35

5

12

18

30-65

27

0,77

 

Vüqar XEYRULLAYEV