[b]“İnter”dən rəsmi transfer[/b]
21.09.2015 - 00:19
[b]“İnter”dən rəsmi transfer[/b]

Bakının "İnter" klubu heyətinə yeni futbolçu cəlb edib. Apasport.az saytının məlumatına görə, “bankirlər” albaniyalı futbolçu Emilian Vila ilə müqavilə imzalayıb.

 

Əldə olunan razılaşmaya əsasən, hücumameyilli yarımmüdafiəçi altı ay müddətində "İnter"də çıxış edəcək.

 

Qeyd edək ki, 27 yaşlı futbolçunun son klubu Tirana “Partizani”si olub. O, bu komanda ilə 34 oyuna çıxıb və 4 dəfə rəqib qapıçıları məyus edib.