[b]"Almaniyadan gələn hücumçularla Vaqif Cavadov arasında fərqi hamı bilir”[/b]
08.10.2014 - 21:22
[b]"Almaniyadan gələn hücumçularla Vaqif Cavadov arasında fərqi hamı bilir”[/b]

“Millimizin İtaliya və Xorvatiya ilə oyunları haqqında ancaq bu matçlar başa çatdıqdan sonra danışa bilərəm”. Bunu apasport.az saytının İtaliyaya ezam olunmuş əməkdaşına açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov deyib.

 

Millimizin bu gün Frankfurtdan İtaliyanın Palermo şəhərinə yollanan heyətində veteran futbolçu İsgəndər Cavadov da olub.

 

Seçmə mərhələnin oyunları haqqında danışmaq istəmədiyini bildirən Cavadov qardaşı oğlu Vaqif Cavadovun yığmadan kənar qalmasına belə münasibət bildirib: “Vaqif Cavadovun milliyə niyə çağırılmamasını bilmirəm. Biz baş məşqçinin seçiminə qarışa bilmərik. Məsuliyyəti o daşıyırsa, seçim də ona məxsusdur. Amma Ağabala Ramazanovun və ya Almaniyadan gələn hücumçularla Vaqif arasında fərqi hamı bilir. Əgər millimiz qarşıdakı 2 oyunda nəticə qazana bilməsə, o halda Foqtsdan Cavadovla Mahir Şükürovu çağırmamasının səbəbini soruşa bilərik”.

 

Səbuhi TOFİQOĞLU

0