“Təəssüratlarımız həmişəki kimi, müsbətdi. Bütün uşaqlar özlərini göstərmək, yığmada nəyisə dəyişmək istəyirlər. Hədəfimiz uğurlu nəticələr qazanmaqdı”. Apasport.az saytının məlumatına görə, bu sözlər Moldova yığmasının müdafiəçisi Petru Rakuya məxsusdu.
“Şerif”in futbolçusu yerli mətbuata açıqlamasında Cənubi Koreya və Azərbaycanla keçiriləcək yoldaşlıq görüşləri barədə fikirlərini bölüşüb. 31 yaşlı oyunçu yığmamızı yaxşı tanıdığını da söyləyib: “Cənubi Koreya dünya çempionatına hazırlaşan komandadı. Onların Türkiyəyə hansı heyətlə yollanacaqlarını bilmirəm. Azərbaycan millisinin isə bir neçə futbolçusunu tanıyıram. Çünki ötən il “Qarabağ”a qarşı çıxış etmişik. Azərbaycan yaxşı komandadı. Bizim heyətdə yalnız Moldova çempionatında çıxış edən futbolçular cəmləşib. Səfərə öz məqsədimiz üçün gedirik və uğurlu nəticə ilə qayıdacağımıza inanırıq”.
Qeyd edək ki, Moldova yığması yanvarın 27-də Cənubi Koreya, 30-da isə Azərbaycanla qarşılaşacaq.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı