[b]“Azərbaycan yığması birinci hissədə kompakt oyun göstərdi”[/b]
10.10.2015 - 11:12
[b]“Azərbaycan yığması birinci hissədə kompakt oyun göstərdi”[/b]

“Azərbaycan yığması intizamlı komandadı. Birinci hissədə bizə çətin anlar yaşatdı”. Apasport.az saytının məlumatına görə, bunu Avstriyanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Verner Qreqoriç deyib.

 

Avro-2017-nin seçmə mərhələsi çərçivəsində millimizi qəbul edən avstriyalılar 7:0 hesablı qələbəyə seviniblər. Qarşılaşmadan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Qreqoriç komandasının çıxışını yüksək qiymətləndirib: “Birinci hissədə rəqib kompakt oyun göstərdi. Biz öz tempimizdə oynayıb şansımızı gözlədik. Hər şey plana uyğun getdi. Komandamla fəxr edirəm. Hətta 4:0 hesabı ilə öndə olanda da futbolçularımız hücum etmək barədə düşünürdülər”.

 

Qeyd edək ki, hesabı birinci hissənin son dəqiqəsində açan Avstriya yığması fasilədən sonra 6 qol vurub.

0