[b]“Azərbaycana qarşı intizamlı oynasaq...”[/b]
20.09.2016 - 13:04
[b]“Azərbaycana qarşı intizamlı oynasaq...”[/b]

“Özümüzə güvənirik. İnam var ki, mundialdakı çıxışımızı davam etdirə bilərik”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Tailand yığmasının oyunçusu Kritsada Vonqkaeo deyib.

 

Kolumbiyada keçirilən dünya çempionatının 1/8 finalında tailandlılar Azərbaycan yığması ilə üz-üzə gələcəklər.

 

Matçdan öncə baş tutan mətbuat konfransında Vonqkaeo da iştirak edib. Millimizlə matç barədə danışan futzalçı komandamızdan çəkinmədiklərini bildirib.

 

Onun sözlərinə görə, intizamlı oynasalar, istədikləri nəticəyə nail ola bilərlər: “Heyət baxımından Azərbaycan millisindən bir az geri qalırıq. Ancaq düşünmürəm ki, texnika baxımından rəqib bizi həddindən artıq üstələyir. Bizim necə oynayacağımızdan çox şey asılıdı. Əgər matç ərzində intizamlı davransaq, istəyimizə çata bilərik”.

 

Qeyd edək ki, Azərbaycan – Tailand matçı sentyabrın 22-də baş tutacaq.

 

 

0