“Qrup mərhələsi ilə pley-off bir-birindən fərqlənir. Bizi çətin rəqiblə oyun gözləyir. Hamımız bu görüşə köklənmişik”. Apasport.az saytı xəbər verir ki, bu sözləri futzal üzrə Portuqaliya yığmasının qapıçısı Andre Souza deyib.
Pireney təmsilçisi AVRO-2018-in 1/4 finalında Azərbaycanla qarşılaşacaq.
Ölkəsinin mətbuatına açıqlama verən Souza bu görüş haqda danışıb. O, millimizin güclü komanda olduğunu etiraf edib. Bununla belə, Andre yarımfinala çıxacaqlarına əmin olduğunu deyib: “Azərbaycan yığması əla komandadı. Çox çətin və təşkilatlanmış rəqibdi. Bu komandanın heyətində səviyyəli braziliyalı futzalçılar çıxış edir. Odu ki, bizim üçün ağır matç olacaq. Amma rəqibi də çətin oyun gözləyir”.
Qeyd edək ki, Portuqaliya yığması qrupda keçirdiyi hər iki görüşdə qələbə qazanıb. Onlar Rumıniyaya 4:1, Ukraynaya isə 5:3 hesabı ilə qalib gəliblər.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA