[b]“Azərbaycanla oyunda qələbə qazanmalıyıq” - FOTO[/b]
29.09.2017 - 12:26
[b]“Azərbaycanla oyunda qələbə qazanmalıyıq” - FOTO[/b]

“Bizi dünya çempionatının seçmə mərhələsində son oyunlar gözləyir. Həm Azərbaycan, həm də San Marino ilə görüşlərə ciddi yanaşırıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Çexiya yığmasının qapıçısı Tomaş Vaçlik deyib.

 

Çexlər DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sonuncu oyunlarını Azərbaycan və San Marinoya qarşı keçirəcəklər.

 

Ölkəsinin mətbuatına açıqlama verən Vaçlik bu görüşlər haqda danışıb: “Bu, milli komandadı. Əfsuslar olsun ki, dünya çempionatından kənarda qaldıq. “Bazel”in formasını geyinən 28 yaşlı qolkiper meydana qələbə üçün çıxacaqlarını bildirib: “Mundiala vəsiqə qazanmaq şansımız qalmayıb. Buna baxmayaraq, hər iki oyunda qələbə qazanmaq lazımdı. Çünki Avropa çempionatının seçmə mərhələsinin püşkatmasında ikinci səbətdə yer almaq istəyirik. Millinin gələcəyini düşünürük. İkinci səbətə düşməyimiz bizim üçün əla olar. Bunu yaxşı başa düşürük. Odu ki, Azərbaycan və San Marino ilə matçlarda qələbə qazanmaq vacibdi. Bunu bacarsaq, dünya çempionatının seçmə mərhələsini yüksək əhval-ruhiyyədə bitirmiş olarıq”.

 

Qeyd edək ki, millimizlə oktyabrın 5-də Bakıda üz-üzə gələcək Çexiya yığması bundan 3 gün sonra San Marinonu sınağa çəkəcək.

 

 

0