“Azərbaycan və Norveçlə oyunlar bizim üçün yaxşı nəticələnmədi. Biz düşünürdük ki, bu 2 görüşdən birində qələbə qazanmaqla, Avropa çempionatına vəsiqəni praktiki olaraq, təmin edəcəyik. Ancaq 2 oyunda cəmi xal topladıq və artıq hər şey heç də bizdən asılı deyil”. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Xorvatiya yığmasının hücumçusu İvitsa Oliç deyib.
“Hamburq”un formasını geyinən 36 yaşlı futbolçu Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan (0:0) və Norveçlə (0:2) keçirdikləri oyunları yada salıb.
Oliç bu görüşlərdə nə üçün qələbə qazana bilmədiklərini hələ də anlamır. Azərbaycanla Osiyekdəki görüşü yada salan təcrübəli forvard həyəcanından həmin oyunun hesabını qarışdırıb: “Azərbaycan və Norveçlə görüşlərdə niyə zəif oynadığımızı, qələbə qazana bilmədiyimizi mən də anlamıram. Evdə Azərbaycanı 7:0 (Oyun Xorvatiyanın 6:0 hesablı qələbəsi ilə başa çatmışdı) hesabı ilə məğlub etmişdik, onların meydanında isə qolsuz heç-heçəyə imza atdıq. Bəlkə də, buna səbəb yaxşı köklənə bilməməyimiz oldu. Yeri gəlmişkən, azərbaycanlı futbolçularda oyuna köklənmə möhtəşəm idi, meydanda sanki uçurdular. Biz həmin matçda nə qədər qol vəziyyəti yaratsaq da, istifadə edə bilmədik”.
Oliç “damalılar”ın Avro-2016-nın final mərhələsinə çıxmaq şansının qaldığını və sona qədər mübarizə aparacaqlarını əlavə edib: “Qarşıda hələ 2 görüş var. Norveç xal baxımından bizdən öndə olsa da, onların hələ İtaliya ilə oyunu qalır. Düşünmürəm ki, skandinaviyalıların bu görüşdə işi asan olacaq. İtaliya ilə heç-heçə də oynasalar, bu bizim xeyrimizə olacaq”.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA