[b]“Bakılı”ya texniki məğlubiyyət verildi[/b]
15.09.2015 - 12:09
[b]“Bakılı”ya texniki məğlubiyyət verildi[/b]

AFFA-nın İntizam Komitəsi I divizionda çıxış edən “Bakılı” klubu cəzalandırıb. Apasport.az saytı xəbər verir ki, ilk turda “Göyəzən”lə qarşılaşan paytaxt təmsilçisi əvəzetmə limitini pozduğuna görə, 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.

 

İK I turun “Şahdağ” – “MOİK” matçı ilə bağlı da qərar qəbul edib. Hər iki klubun təqsiri nəticəsində matçda məcburi fasilələr yarandığından, baş vermiş iğtişaşlara görə hər iki klub 300 manat cərimə olunub. Bu hal yenidən təkrar olunarsa, hər iki klub daha ciddi şəkildə cərimə olunacaq.

 

Mənbə: affa.az