“Gərgin görüş oldu. Belə də gözləyirdik. “Neftçi” son matçlarda yaxşı oyun sərgiləmişdi. Ancaq bu gün uşaqlara taktiki baxımdan nə tapşırmışdımsa, onu da yerinə yetirdilər. Futbolçularıma və azarkeşlərə təşəkkür edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov deyib.
Azərbaycan Premyer Liqasının X turunda öz meydanında “Neftçi” ilə qarşılaşa qəsəbə klubu minimalhesablı qələbəyə sevinib.
Oyundan sonra mətbuat konfransı keçirən gənc mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- İkinci qol vurulduğu zaman hakimin ofsayd qərarına ona barmağınızı silkəməklə etiraz etdiz...
- Barmaq silkələməmişəm. Əlimi qaldıraraq etiraz etdim. Məncə, orda ofsayd yox idi. Var idisə də, hakim qərarı çox gec vermişdi. Matçdan sonra isə hakimlərə yaxınlaşıb, təşəkkür etdim.
- Deməli, hakimlikdən razı qaldız?
- Kiçik səhvləri olsa da, ciddi narazılığım yoxdu.
- İlk 14-15 dəqiqə ərzində meydanın mərkəzini keçə bilmirdiz. Bu, sizin tapşırığınız idi?
- Mərkəzi keçməsək də, oyuna nəzarət edirdik. “Neftçi”nin matça hücumlarla başlayacağını bilirdik. Buna görə, ilk dəqiqələrdən oyunu əks-hücumlar üzərində qurmuşduq.
- "Atletik" Valverde ilə "yola davam" dedi - RƏSMİ
- “Fənərbaxça”nın futbolçusu evinin qarət olunması ilə bağlı xəbərlərə münasibət bildirib
- "Tottenhem" oyunçularına medal çatmadı, UEFA üzr istədi - VİDEO
- “Qalatasaray” millinin üzvü ilə müqavilə yeniləyəcək
- Enzonu ver, Rodriqonu al: "Real"dan "Çelsi"yə barter təklifi