[b]“Barselona”da daha bir yeni müqavilə[/b]
26.09.2016 - 18:41
[b]“Barselona”da daha bir yeni müqavilə[/b]

“Barselona” daha bir yetirməsi ilə bağlı qərarını verib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Serxio Busketsdən sonra Serxi Roberto da Kataloniya klubunda qalmaq qərarına gəlib.

 

Əla mövsüm keçirən 24 yaşlı universal futbolçu komandası ilə yeni müqaviləyə imza atacaq. Onun yeni anlaşmasının 2021-ci ilin yayına qədər olması planlaşdırılır. Yəni hazırkı müqaviləsi 2019-cu ilə qədər olan Roberto bu müddəti daha 2 illik uzadacaq. Müqaviləyə salınacaq bəndə görə, İspaniya millisinin üzvünün transfer qiyməti 40 milyon avro təşkil edəcək.

 

Qeyd edək ki, cari mövsümdə La Liqada 4 oyun keçirən Serxi Robertonun aktivində 4 məhsuldar ötürmə var.

0