“Atletik”in baş məşqçisi Ernesto Valverde klubunu tərk etmək qərarına gəlib. Apasport.az saytının məlumatına görə, 53 yaşlı mütəxəssis bununla bağlı klub prezidenti ilə görüşüb.
Bilbao təmsilçisinin prezidenti Xose Urrutiya baş məşqçinin qərarını dəyişəcəyinə ümid edir. Ancaq Valverde mövsümün sonunda ayrılmaqda qərarlıdı.
İspaniya mətbuatı onun bu addımı “Barselona”nın “sükanı arxası”na keçməsi üçün atdığını iddia edib. Valverdenin Kataloniya klubu ilə hətta ilkin razılıq əldə etdiyi də vurğulanıb.
Qeyd edək ki, “Barselona”nın baş məşqçisi Luis Enrike mövsümün sonunda komandasını tərk edəcək. Valverde isə 1988-1990-cı illərdə kataloniyalıların heyətində çıxış edib.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı