[b]“Barselona” Koutinyonun əvəzləyicisini tapdı[/b]
30.11.2017 - 21:51
Yay “transfer pəncərəsi” zamanı Koutinyonu heyətinə qatmağa çalışan, ancaq bacara bilməyən “Barselona” bu niyyətini qışda da reallaşdıra bilməsə, başqa oyunçunun keçidini həll etməyə çalışacaq. Apasport.az saytının məlumatına görə, kataloniyalılar “Çelsi”nin braziliyalı futbolçusu Villianı diqqət mərkəzinə alıblar.
29 yaşlı oyunçunun London təmsilçisi ilə müqaviləsinin müddəti 2019/20 mövsümündə başa çatacaq.
Maraqlıdır ki, Koutinyo və Villianın agenti Juliano Bertoluççi Paulinyonun da “Barsa”ya keçidinə yardımçı olmuşdu.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0